Modern.az

Avtobus yük maşını ilə toqquşdu - Yaralılar var

Avtobus yük maşını ilə toqquşdu - Yaralılar var

12 Oktyabr 2022, 15:02

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun "Əhmədli" stansiyasının yaxınlğında qeydə alınıb.

 

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

 

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır