Modern.az

Gəncə Dövlət Universitetində təlim keçirilib

Gəncə Dövlət Universitetində təlim keçirilib

12 Oktyabr 2022, 15:54

Gəncə Dövlət Universitetinin Sosial iş və psixologiya fakültəsinin tələbələrinə “Gender əsaslı zorakılığa məruz qalan şəxslərin sosial işin təşkili”nə dair təlim keçirilib.

 

Modern.az xəbər verir ki, tədbiri Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevə açıq elan edib. Azərbaycan Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə prorektor Gülsüm Fətəliyeva qeyd eib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən gender bərabərliyinin təminatına dair qəbul edilən qanunlar qadınların cəmiyyətin bütün sahələrində fəallığının artmasında öz bəhrəsini verməkdədir. Kişilər ilə qadınlara bərabər imkanların yaradılması, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən olduğu diqqətə çatdırıb.

 

Təlim zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müdir müavini Sara Ağayeva və psixoloq Nərmin Ataxanlı gender əsaslı zorakılığa məruz qalmış şəxslərə sosial-psixoloji yardımın göstərilməsində diqqət edilməli olan etik qaydalardan danışıb. Tələbələrə maarifləndirici məlumatlar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır