Modern.az

COVID İranda can almağa davam edir

COVID İranda can almağa davam edir

12 Oktyabr 2022, 15:58

İranda ötən sutka ərzində 375 nəfər koronavirusa (COVID-19) yoluxub, daha 4 nəfər dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.

 

Bununla da İranda virusdan ölənlərin sayı 144 502 nəfəri keçib, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 125 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 7,32 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,2 milyon təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır