Modern.az

"Xocasən" stansiyasında sınaq işlərinə BAŞLANILIR

Aktual

12 Oktyabr 2022, 16:40

"Oktyabrın 13-dən 16-na qədər Bənövşəyi xəttin stansiyaları 23:30-dan sərnişinlərin girişinə bağlanacaq".

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

B.Məmmədov qeyd edib ki, buna səbəb Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılmasıdır:

 

"Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır