Modern.az

Qırğızıstan Türkiyədən “Bayraktar Akıncı” alıb

Qırğızıstan Türkiyədən “Bayraktar Akıncı” alıb

12 Oktyabr 2022, 17:52

Qırğızıstan Türkiyə istehsalı olan müasir pilotsuz uçuş aparatları (PUA) – “Bayraktar Akıncı” alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat paylaşıb.

 

“Akıncı bizimdir! Qardaş xalqa təşəkkür edirik”, - o yazıb.

 

Qeyd edək ki, “Bayraktar Akıncı” hava-hava tipli raketlərlə silahlana bilən pilotsuz uçuş aparatıdır. Türkiyə Hərbi Hava Qüvvələri 2021-ci ildən bu PUA-lardan istifadə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır