Modern.az

Kreml hərbi xidmət müddətinin uzadılmasını TƏKZİB ETDİ

Kreml hərbi xidmət müddətinin uzadılmasını TƏKZİB ETDİ

Dünya

21 Oktyabr 2022, 15:16

Kreml hərbi xidmət müddətinin artırılması və qadınların hərbi xidmətə cəlb olunmasını müzakirə etmir.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

 

Peskov qeyd edib ki, Kremlin bu məsələdə mövqeyi yoxdur, bu mövzu müzakirə olunmayıb.

 

Kreml rəsmisinin sözlərinə görə, bu məsələdə əsas Müdafiə Nazirliyinin rəyidir.

 

Qadınların orduya çağırılması ideyasından danışan sözçü onu da qeyd edib ki, Kremldə “bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb”.

 

Daha əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov iki illik hərbi xidmət təcrübəsinə qayıtmağı düşünməyi təklif edib ki, bu da onun fikrincə, Rusiya Silahlı Qüvvələrinin sayını artıracaq və peşəkar döyüşçülər yetişdirəcək. Eyni zamanda senator vurğulayıb ki, bu məsələnin həlli Rusiya Federasiyası Prezidentinin və Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə