Modern.az

“Türkcə “Divan”ı Nizami Gəncəvi yox, onun adaşı yazıb” - YENİ İDDİA

“Türkcə “Divan”ı Nizami Gəncəvi yox, onun adaşı yazıb” - YENİ İDDİA

Aktual

20 Aprel 2013, 14:26

“Nizami Gəncəvinin Azərbaycan dilində yazdığı  idda olunan “Divan” 15-ci əsrdə yaşamış Nizami Qaramanoğluna aid olma ehtimalı böyükdür”. Bu sözləri Modern.az-a açıqlamasında Qaramanoğlunun “Divan”ı üzərində araşdırma aparan şərqşünas alim Rəşid Təhməzoğlu bu barədə aparılan mübahisələri şərh edərkən bildirib.

“Faktlar hələ ki, Qaramanoğlunun tərəfindədir. Biz hələ ki,  Qaramanoğlunun “Divan”ı ilə tapılan Divan arasında müqayisələr  aparırıq. Amma Divanın Qaramoğluya aid olma ehtimalı daha çoxdur. Belə ki o,  XV əsrdə yaşayıb və çox gənc rəhmətə gedən saray şairi  olub. Divanda hətta bu dövrdə yasayan  Osmanlı sultanı Fateh Mehmetin də adı çəkilir. Belə ki,  apardığımız müqayisələr Divanın Nizami Gəncəviyə aid olduğunu sübüt etmir”-deyə şərqşünas vurğulayıb.  

Qeyd edək ki, Rəşid Təhməzoğlu Nizami Gəncəvinin  lirikasını Azərbaycan dilinə tərcümə edib.

Xatırladaq ki, ilk dəfə olaraq Modern.az saytının işıqlandırdığı Nizami Gəncəvinin ana dilimizdə olan Divanı barədə məlumat çoxsaylı polemikalara yol açıb.  Zəncan Universitetinin professoru Hüseyin Tükrsoyun Misirin Xədəviyyə kitabxanasında aşkarladığı “Divan”ın və müəllifinin Nizmai Gəncəvi olduğunu bildirib. Bu isə geniş müzakirələrə səbəb olub.  

 

Elmin Nuri

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi