Modern.az

Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək - RƏSMİ

Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək - RƏSMİ

Aktual

28 Oktyabr 2022, 16:15

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, görüş oktyabrın 31-də Soçi şəhərində baş tutacaq. 

 

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Eyni zamanda, Putin və liderlər arasında ayrıca söhbətlər də planlaşdırılır”,- rəsmi məlumatda deyilir.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi