Modern.az

İranda insanlara atəş açıldı - Ölən və yaralılar var 

İranda insanlara atəş açıldı - Ölən və yaralılar var 

Dünya

28 Oktyabr 2022, 21:47

Bu gün İranın Zahidan şəhərində hakimiyyətə qarşı aksiya keçirən vətəndaşlara və ərazidə xidmətdə olan polislərə atəş açılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Şəhərin yerləşdiyi Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurası bildirib ki, atəş açan şəxslərin kimliyi məlum deyil.

 

Yaralılar arasında həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin üzvləri var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə