Modern.az

Goranboyda vətəndaşların qəbuluna operativ yanaşılır

Goranboyda vətəndaşların qəbuluna operativ yanaşılır

Aktual

3 Noyabr 2022, 14:38

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi, onların problem və müraciətləri dinlənilib.  Qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, icra başçısı tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edildi.

 

Modern.az xəbər verir ki, bununla yanaşı, icra başçısı rayonun digər rəhbər və aidiyyəti məsul şəxsləri ilə birgə Goranboy şəhərində Səməd Vurğun küçəsinin bir qrup sakinləri ilə də görüşdü, onların sosial qayğıları ilə maraqlandı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır