Modern.az

Cüdoçumuz “Böyük dəbilqə”nin qalibi oldu

Cüdoçumuz “Böyük dəbilqə”nin qalibi oldu

Aktual

4 Noyabr 2022, 18:34

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz final görüşündə ukraynalı idmançı Dilşot Xalmatovu məğlub edib.

 

Digər idmançımız Kəramət Hüseynov (60 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi