Modern.az

14 ölkə nümayəndəsi BSU-da toplandı

14 ölkə nümayəndəsi BSU-da toplandı

1 May 2013, 16:30

Bu gün Bakı Slavyan Universitetində (BSU) AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə mərhum Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq Elmi Konfransın açılış mərasimi olub.

Açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda görməkli şəxsiyyət Heydər Əliyevin məzarını ziyarət ediblər, ulu öndərin məzarı önünə əklil qoyulub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayıb. Beynəlxalq konfransın əsas leytmotivinin azərbaycançılıq olduğunu bildirən A.Əlizadə bu məfkurənin banisi Heydər Əliyevin şəxsiyyət və zaman baxımından Azərbaycanın böyük bir tarixi olduğunu bildirib və Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb:

“Heydər Əliyev ideyalarının konfransda səslənməsi dünyada azərbaycançılıq məfkurəsinin yayılmasına yardım edəcək”.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev konfransın işini tələbələr, eləcə də bütün iştirakçılar üçün elm bayramı kimi dəyərləndirib, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən söhbət açıb. Rektor Kiyev, Poltava, Moskva və Minskdəki azərbaycanşünaslıq mərkəzlərinin açılması və fəaliyyət göstərməsində BSU-nun əhəmiyyətli rol oynadıgını vurğulayıb.

Təhsil nazirliyinin nümayəndəsi İlham Mustafayev konfras iştirakşılarına Təhsil naziri Mikayıl Cabbarovun salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

Belarusun Azərbaycandakı səfiri N.Y.Paskeviç bölgədə lider dövlət olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus yer tutduğunu bildirib. Eyni zamanda Heydər Əliyevin Azərbaycanın inkişafında rolundan bəhs edən səfir onu “müasir Azərbaycanın memarı” adlandırıb: “Bakı Slavyan Universiteti gənclərin intellektual mübadilə meydanıdır və bu konfransın mədəniyyətlərin təmasında rolu danılmazdır”.

Daha sonra Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı N.Məhəməliyev, Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor A.A.Nestulya, İstanbul Kültür Universitetinin rektoru, professor S.S.Demir, “Marşalek” Holdinqin prezidenti A.Marşalek, Palatski Universitetinin rektoru, professor M.Maşlan, Harvard Universitetinin professoru M.Kramer, Tbilisi Dövlət Universiteti Linqvistika Institutunun direktor müavini, professor M.Mancqaladze, Litva Dili İnstitutunun direktoru professor İ.Zabarskayte, Misirin Ayn-Şəms Universiteti əməkdaşı Ə.S.Elaydi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Ural Federal Universitetinin professoru A.G.Nesterov, Qazıxıstan Milli Texniki Universitetinin professoru K.Beqalinova çıxış edərək, konfransın təşkili və gedişi ilə baglı fikirlərini bölüşüblər.

Sonda iştirakçı gənclər adından Evrovision Mahnı müsabiqəsinin qalibi BSU-nun məzunu və əməkdaşı Eldar Qasımov qonaqları salamlayıb və “Azərbaycan” mahnısını ifa etdi.
Xatırladaq ki, 220-dən çox yerli və xarici alimin məruzələrinin qəbul olunduğu konfransda AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 14 ölkədən, o cümlədən Rusiya, Belorus, ABŞ, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqarıstandan olmaqla 40-dan çox qonaq iştirak edir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir