Modern.az

Sülhməramlıların 7 maşını Xankəndiyə keçdi

Sülhməramlıların 7 maşını Xankəndiyə keçdi

Qarabağ

6 Yanvar 2023, 08:56

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.


Modern.az xəbər verir ki, bu gün Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 1 minik və 6 təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.


Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Sizə yeni x var
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada