Modern.az

Tehranda universitet atəşə tutuldu - Yaralı var

Tehranda universitet atəşə tutuldu - Yaralı var

Dünya

8 Yanvar 2023, 20:59

İranın paytaxtı Tehran şəhərində naməlum silahlı şəxslər Əllamə Təbatəbai adına universitetə atəş açıblar.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.


Hücum edən şəxslər hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

 

Qeyd edək ki, İranda ötən ilin sentyabr ayından başlayaraq etiraz aksiyaları keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi