Modern.az

Partlayışda ölənlər arasında XİN işçiləri də var - YENİLƏNİB

Partlayışda ölənlər arasında XİN işçiləri də var - YENİLƏNİB

Dünya

11 Yanvar 2023, 19:02

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

 

Ölənlər arasında XİN işçilərinin olduğu bildirilir.

***

17:18

Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayışın detalları açıqlanıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə 2021-ci ilin avqustundan Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasının nümayəndəsi məlumat verib.

 

Bildirilib ki, terrorçu-kamikadze XİN-in binasına daxil olmağa çalışıb, amma o müvəffəq ola bilməyib və girişdə partlayış olub. Nəticədə 7 nəfər həyatını itirib, daha 10 nəfər isə xəsarət alıb.

 

***

15:58

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış Əfqanıstan Xarici İşlər Nazirliyinin yaxınlığında olub.

 

Partlayışdan sonra atışma səslərinin eşidildiyi qeyd olunub.

 

Detallar barədə məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi