Modern.az

Almaniyada polis ekoaktivistlərlə toqquşdu - 70 nəfər yaralandı

Almaniyada polis ekoaktivistlərlə toqquşdu - 70 nəfər yaralandı

Dünya

15 Yanvar 2023, 20:13

Almaniyada ətraf mühit fəalları ilə polis arasında toqquşma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.

 

Ekoaktivistlər Şimali Reyn-Vestfaliya vilayətinin Lützerat kəndində bütün evlərin sökülməsinə səbəb ola biləcək kömür mədəninin genişləndirilməsinə etiraz ediblər.

 

Toqquşma nəticəsində 70 polis əməkdaşı yaralanıb. Aksiyada 10 mindən çox etirazçı iştirak edib. İsveçli ətraf mühit fəalı Qreta Tunberq də aksiyalara qoşulub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi