Modern.az

Çavuşoğludan F-16 açıqlaması - Proses müsbət şəkildə irəliləyir

Çavuşoğludan F-16 açıqlaması - Proses müsbət şəkildə irəliləyir

Dünya

16 Yanvar 2023, 13:10

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin ABŞ-dan F-16 qırıcıları almasından danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu barədə bosniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında söz açıb.

 

"ABŞ Konqresində görüşlər və müzakirələr davam edir, proses müsbət şəkildə irəliləyir", - deyə Çavuşoğlu bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışır. “The Wall Street Journal”ın məlumatına görə, söhbət 40 yeni qırıcının, eləcə də Türkiyədəki bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi