Modern.az

BMT buna münasibət bildirməlidir - Vuçiç

BMT buna münasibət bildirməlidir - Vuçiç

Dünya

16 Yanvar 2023, 17:56

Serbiya prezidenti Aleksandr Vuçiç Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Kosovadakı serb azlığın hüquqlarının müdafiəsinə qalxıb.

 

Vuçiç albanların serblərə hücum etdiyini iddia edib.

 

"Bu, qəbuledilməzdir. BMT adekvat reaksiya verməlidir", - deyə Serbiya prezidenti bildirib.

 

Qeyd edək ki, son vaxtlar Kosova və Serbiya arasında gərginlik artıb. 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosova ABŞ, Türkiyə və Avropa ölkələrinin əksəriyyəti tərəfindən tanınır. Azərbaycan isə bu ölkəni Serbiyanın Kosova və Metoxiya regionunun tərkib hissəsi kimi qəbul edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır