Modern.az

Allahşükür Paşazadə: İranın səhvi bağışlanmazdır

Allahşükür Paşazadə: İranın səhvi bağışlanmazdır

Ölkə

20 Yanvar 2023, 11:40

"İran tarixdə və İslam tarixində böyük səhv edir, bu da bağışlanmazdır".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə deyib.

 

QMİ sədri Tehranın İrəvanla qardaşlaşmasını səhv addım kimi qiymətləndirib:

 

"Biz onları qardaş bilirdik. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi