Modern.az

Rusiyadan ABŞ-a HƏDƏ: Tankları məhv edəcəyik

Rusiyadan ABŞ-a HƏDƏ: Tankları məhv edəcəyik

Dünya

25 Yanvar 2023, 09:22

"Vaşinqton bizi strateji məğlubiyyətə uğratmağa çalışır".

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. 

 

O, Bayden hakimiyyətinin Ukraynaya tankların tədarükünü açıqlayacağını, ABŞ-ın bu müharibədə təcavüzkar olduğunu və Rusiyanı məğlub etməyə çalışdığını söyləyib.

 

"Əgər "ABRAMS" tankları Ukraynaya verilsə, şübhəsiz ki, onlar bizim tərəfimizdən məhv ediləcək. Bu, Rusiya Federasiyasına qarşı daha bir həyasız təxribat olacaq. Mövcud münaqişədə heç kimin illüziyaları olmamalıdır", - deyə diplomat əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...