Modern.az

Hərbçilərimiz Türkiyənin Sarıqamış bölgəsində təlimlərdə iştirak edirlər

Hərbçilərimiz Türkiyənin Sarıqamış bölgəsində təlimlərdə iştirak edirlər

Aktual

25 Yanvar 2023, 15:38

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış hazırlığı-2023” təlimləri başlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edirlər.

 

Məlumata görə, “Qış hazırlığı-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

 

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb edilib.

 

Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi