Modern.az

Ukrayna hərbçiləri “Challenger 2” tanklarında təlimə başlayır 

Ukrayna hərbçiləri “Challenger 2” tanklarında təlimə başlayır 

Dünya

29 Yanvar 2023, 19:54

Ukrayna ordusunun tank ekipajları "Challenger 2" tanklarında təlim keçmək üçün Britaniyaya gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Ukraynalı tank ekipajları təlimlərə başlamaq üçün Böyük Britaniyaya gəliblər... Böyük Britaniya dünya üzrə tərəfdaş ölkələrlə paralel olaraq Ukraynanı “Challenger 2” tankları ilə təmin edəcək”, - nazirlik "Twitter"də bildirib.

 

Qeyd edək ki, Britaniya baş naziri Rişi Sunak Ukraynaya 14 ədəd tank təhvil verəcəyini açıqlayıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?