Modern.az

Türkiyəyə 33 min nəfərlik çadır göndəriləcək 

Türkiyəyə 33 min nəfərlik çadır göndəriləcək 

12 Fevral 2023, 23:38

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədə zəlzələdən əziyyət çəkən insanlar üçün 33 min nəfərlik çadır göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, hər birində 16 nəfərin yerləşə biləcəyi çadırlardan 515-i artıq Türkiyəyə təhvil verilib. Çadırların ümumi sayının 2115-ə çatacağı gözlənilir.

 

Çadırlar 100 ton yükgötürmə qabiliyyətinə malik "Boeing C-17" tipli hərbi yük təyyarələri ilə daşınıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...