Modern.az

Pensiya islahatına etiraz edən 855 nəfər TUTULDU

Pensiya islahatına etiraz edən 855 nəfər TUTULDU

Dünya

22 Mart 2023, 09:37

Fransa polisi son bir neçə gün ərzində ölkədə pensiya islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı 855 nəfəri saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "BFM" telekanalına açıqlamasında Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

 

Onun sözlərinə görə, indiyədək 855 nəfər saxlanılıb, onlardan 843-ü həbs edilib.

 

Nazir qeyd edib ki, cümə axşamı ölkə üzrə pensiya yaşının artırılmasına qarşı kütləvi etirazlar gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV