Modern.az

Ali Məhkəmənin mətbuat katibi işdən çıxdı

Ali Məhkəmənin mətbuat katibi işdən çıxdı

14 Aprel 2023, 15:52

Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Allahverdi Məmmədli işdən ayrılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Allahverdi Məmmədli vəzifəsindən azad olunması üçün ərizə yazıb. O, yaş həddi ilə bağlı vəzifədən azad olunması xahişi ilə Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edib.

 

Hələlik onun yerinə təyinat yoxdur.

 

Qeyd edək ki, Allahverdi Məmmədli 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Filologiya elmləri doktoru, professordur. Ali Məhkəmənin mətbuat katibi vəzifəsindən əlavə Bakı Dövlət Universitetində çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat