Modern.az

İsrail XİN başçısının Bakıya ilk səfərinin DETALLARI

İsrail XİN başçısının Bakıya ilk səfərinin DETALLARI

18 Aprel 2023, 14:12

İsrailin xarici işlər naziri Eli Kohen bu gün Azərbaycana səfərə gələcək.

 

Modern.az xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyi səfər çərçivəsində Kohenin Azərbaycan Prezidenti İlham Əliyev, həmkarı Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşəcəyini açıqlayıb.

 

XİN başçısı kibertəhlükəsizlik, təhlükəsizlik, su idarəetməsi və kənd təsərrüfatı sahələri üzrə 20 İsrail şirkətinin daxil olduğu işgüzar nümayəndə heyətinə rəhbərlik edəcək.

 

Məlumata görə, nümayəndə heyəti İsrail Xarici İşlər Nazirliyinin İqtisadiyyat şöbəsi, İxrac İnstitutu və İsrailin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlər və dövlət qurumları ilə görüş keçirəcək. 

 

Səfərdən əvvəl mətbuata açıqlama verən Eli Kohen bildirib ki, Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi İsraillə əlaqələrin əhəmiyyətini böyüdür.

 

“Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib siyasi səfərə gedirəm”, - XİN rəhbəri qeyd edib.

 

Qeyd edək ki, Eli Kohen Azərbaycandan sonra Mərkəzi Asiyaya səfər edəcək.

Bu xəbər ilə bağlı
İsrail XİN rəhbəri Azərbaycana səfərinin məqsədini AÇIQLADI
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...