Modern.az

Mariya Stadnik Avropa çempionu oldu - 9-cu dəfə

Mariya Stadnik Avropa çempionu oldu - 9-cu dəfə

İdman

20 Aprel 2023, 20:33

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışda Ukrayna güləşçisi Oksana Livaçla üz-üzə gəlib.

 

Azərbaycan güləşçisi rəqibini 9:4 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

 

Qeyd edək ki, bu, Stadnikin Avropada qazandığı 9-cu qızıl medaldır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır