Modern.az

Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal ALDI

Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal ALDI

21 Aprel 2023, 14:30

Azərbaycanlı yeniyetmə - Cəbrayıl rayon K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin şagirdi Fərid Həsənzadə İngiltərədə keçirilən onlayn riyaziyyat olimpiadasında uğur qazanıb.

AzEdu.az xəbər verir ki, Fərid Həsənzadə 8-ci sinif şagirdlərinin bilik yarışında 100-ə yaxın ölkənin təmsilçisi ilə mübarizə aparıb.

Nəticədə azərbaycanlı məktəbli olimpiadada 1-ci yer tutaraq qızıl medala layiq görülüb. Bundan başqa, olimpidanın təşkilat komitəsi Fəridə 175 dollar pul mükafatı da verib.

Fərid Həsənzadə İngiltərəyə dəvət olunub.

Qeyd edək ki, F.Həsənzadə Qarabağ qazisi, Cəbrayılın tanınmış ziyalısı Vaqif Əlisoyun nəvəsidir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə