Modern.az

“Formula 1"ə gətirilməsi qadağan olan əşyaların SİYAHISI

“Formula 1

Aktual

26 Aprel 2023, 09:54

Daxili İşlər Nazirliyi (DİN) “Formula 1 Azərbaycan Qran Prisi” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Spirtli içkilər, hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla), qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar, lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter, soyuducu qutular, pikinik üçün səbətlər, iri əşyalar və bel çantaları, tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər, peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar və.s əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?