Modern.az

Polis zabiti yol qəzasında öldü

Polis zabiti yol qəzasında öldü

Hadisə

30 Aprel 2023, 09:55

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

 

Araşdırma aparılır.

 

Qeyd edək ki, S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?