Modern.az

Ermənistanda ölüm hökmü tam ləğv edilir

Ermənistanda ölüm hökmü tam ləğv edilir

4 May 2023, 12:36

Ermənistanda ölüm hökmü tam ləğv ediləcək.

 

Modern.az xəbər verir ki, rəsmi İrəvan ölüm cəzasının tam ləğvi haqqında protokol imzalayacaq.

 

Bildirilir ki, Ermənistan Nazirlər Kabineti bu gün Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq protokolunun ratifikasiyası haqqında qərar layihəsini təsdiqləyib.

 

Qeyd edək ki, Ermənistanda yalnız ağır hərbi cinayətlərə görə ölüm cəzası nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...