Modern.az

Təmənnanı fahişələr də sevmir

Təmənnanı fahişələr də sevmir

İqtisadiyyat

28 İyun 2013, 21:20

Mahir Qabiloğlu

Üç “ayağısürüşkən” rəfiqə oturub söhbət edirmiş.

- Aaz, ölürəm də kişi adamlar üçün. Gəlsin. Oturaq, yeyək-içək. Rəqs edək.  Bahalı hədiyyə versin. Heç nə də ummasın, eləməsin. Getsin.

-  Yox, ay qız! Hanı eləsi? Bəxtəvərçilikdən danışırsan. O kişilər qaldı 41-45-də.

-  Yox, mənim başıma gəlib – rəfiqələrdən biri deyir. - Oturmuşdum evdə. Biri zəng elədi gəldi. Nəsə yedik-içdik. Vaxt yetişdi. Bu yaxınlaşdı mənə. Nə desə yaxşıdır?

- Nə?

- Dedi “Gözünü yum!”  Yumdum. “ Ağzını aç!” Açdım.  Ağzıma nəsə qoydu. Gözümü açdım.  Ağzımda da nə olsa yaxşıdır?

- Nə?

- Bir dənə bürmələnmiş yüzlük manat. Beləcə heç nə eləməyib çıxdı getdi.

-  Halaldır. Kişi adamdır.

-  Hə, hə mənim də yadıma düşdü- deyə ikinci qız danışır. - Mənim də başıma gəlib. Oturmuşdum evdə. Biri zəng elədi gəldi. Nəsə yedik-içdik. Vaxt yetişdi. Neyləsə yaxşıdır?

-  Nə?

-  Dedi “koftanı çıxart!” Çıxartdım. Cibindən iki dənə yüzlük çıxarıb birini qoydu bir döşümün üstünə, birini də o biri döşümün üstünə. Heç nə eləmədi. Çıxdı getdi.

-  Halaldır. Kişi adamdır. Təmənnasız adamlar hələ də varmış.

Növbə çatır üçüncü rəfiqəyə. Qalır nə desin ki, üç olsun, dörd olsun -rəfiqələrini üstələsin. Baxır ki, nə qalıb? Göbək, ayaq, “çiçək”, “ləçək”. Bununla da onları üstələyə bilməyəcək. Birdən deyir:

-  Aaz, qızlar. Oturmuşdum evdə. Biri zəng elədi gəldi. Nəsə yedik-içdik. Vaxt yetişdi. Neyləsə yaxşıdır?

-  Nə?

- Dedi ki, “Lüt soyun!” Soyundum. Amma özü soyunmadı. Dedi ki, “çömbəl!” Çömbəldim. Əlini saldı cibinə. Portmanatını açdı. İçindən nə çıxartsa yaxşıdır?

- Nə? Pul?

- Yox, ay qız, nə pul. Nəğd hesablaşma keçmişdə qaldı.

- Bəs nə?

-  Bankın qızıl plastik kartını. Post terminal kimi keçirtdi iki yanımın arasından. Bütün pullar keçdi “şot”uma.

-  Halaldır, kişi adamdır – o biri rəfiqələr xorla dillənirlər. - İndi Hanı o kişilər? Təmənnalı bizlərçün təmənnasız kişilər...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır