Ankara şəhərində yerləşən Heydər Əliyev parkı yerli sakinlərin və turistlərin ən çox üz tutduğu istirahət məkanlarından biridir. 2004-cü ildə inşa olunan parkın füsunkar mənzərəsi göz oxşayır.
Modern.az xatırladır ki, Türkiyənin paytaxtında 19 il əvvəl salınan parkın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. 2004-cü ilin 13-15 aprel tarixlərində İlham Əliyev dövlət başçısı kimi Türkiyəyə ilk rəsmi səfəri edib. Prezident və xanımı səfərin ikinci günündə - aprelin 14-də Ankarada Heydər Əliyevin xatirəsinə salınan parkın açılışına qatılıb, orada çinar ağacları əkiblər.
Artıq həmin tarixdən 19 il keçir. Prezidentlə xanımının əkdiyi ağaclar parkın görüntüsünə xüsusi rəng qatır...



