Modern.az

Ekoloqlar peşə bayramını qeyd edir - FOTO

Ekoloqlar peşə bayramını qeyd edir - FOTO

23 May 2023, 18:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramlarının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb.

 

Modern.az xəbər verir ki, Ulu Öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

 

Nazirliyin rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

 

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşlar “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalları və fəxri fərmanlarla təltif edilib. 

 

Sonda Nazirliyin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat