Modern.az

Ərdoğanla Baydenin telefon danışığında F-16 məsələsi...

Ərdoğanla Baydenin telefon danışığında F-16 məsələsi...

Dünya

30 May 2023, 10:34

ABŞ prezidenti Co Baydenlə yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detalları məlum olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı F-16 və İsveçin NATO-ya daxil olması məsələləri müzakirə edilib.

 

“Mən Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16 məsələsi üzərində işləmək istəyir. Mən ona dedim ki, biz İsveçlə müqavilə bağlamaq istəyirik və bunu edək. Və yenidən bir-birimizlə əlaqə saxlayacağıq" - Bayden bildirib.

 

Qeyd edək ki, Bayden telefon danışığı zamanı Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edib.

Bu xəbər ilə bağlı
Bayden Ərdoğana zəng vurub təbrik etdi
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi