Modern.az

Büdcə kəsiri 210 milyon manat çox olacaq

Büdcə kəsiri 210 milyon manat çox olacaq

İqtisadiyyat

30 May 2023, 14:43

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır.

 

Modern.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

 

Bildirilib ki, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə