Modern.az

Sərnişinləri aeroporta aparan mikroavtobus qəzaya düşdü

Sərnişinləri aeroporta aparan mikroavtobus qəzaya düşdü

Aktual

1 İyun 2023, 10:04

Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

 

"Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

 

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!