Modern.az

Gürcüstan və Belçika XİN-ləri memorandum imzaladı

Gürcüstan və Belçika XİN-ləri memorandum imzaladı

Dünya

14 İyun 2023, 16:42

Gürcüstan və Belçika xarici işlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Bildirilib ki, memorandumun məqsədi təcrübə, ekspertiza, bilik və nou-hau mübadiləsi yolu ilə iqtisadi diplomatiyanın inkişafına töhfə vermək, habelə ticarət, turizm və investisiyalar sahəsində əlaqələrin gücləndirilməsinə daha çox diqqət yetirməkdir.

 

Qeyd edək ki, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Brüsseldə səfərdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi