Modern.az

Mahmud Abbas Roma Papası ilə görüşdü

Mahmud Abbas Roma Papası ilə görüşdü

Dünya

6 Noyabr 2025, 15:45

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

Modern.az xarici KİV-ə xəbər verir ki, tərəflər Qəzzadakı mülki əhaliyə yardım göstərilməsinin yollarını müzakirə ediblər.

O cümlədən, Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə nəticələnməsinin zərurəti vurğulanıb.

Mahmud Abbasın sabah İtaliyanın Baş naziri Giorgia Meloni ilə də görüşü planlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi