Modern.az

Azərbaycanlı rejissor beynəlxalq festivala dəvət aldı

Azərbaycanlı rejissor beynəlxalq festivala dəvət aldı

Mədəniyyət

15 İyun 2023, 23:50

Azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.

 

Münsiflər heyətinin sədri Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.

 

Müsabiqədə 12 ölkədən 8 film təqdim olunacaq.

 

Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə başlayacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat