Modern.az

Lisey və gimnaziyalara qəbul imtahanı keçirildi 

Lisey və gimnaziyalara qəbul imtahanı keçirildi 

Təhsil

17 İyun 2023, 14:04

Bu gün bir sıra lisey və gimnaziyaların 6-cı siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz üzrə ümumilikdə 33 mərkəzdə təşkil edilib.

 

Qeyd edək ki, şagirdlər iyunun 21-dən sy.edu.az platformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə