Modern.az

Kooperasiya Universitetində \"Məzun Günü\" - FOTOLAR

Kooperasiya Universitetində \

23 İyun 2023, 14:31

Bu gün Azərbaycan Kooperasiya Universitetində "Məzun Günü" ilə bağlı konsert təşkil olunub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetinin həyətində keçirilib.

 

Mərasimi universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev açıq elan edib.

 

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbirdə həmçinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, müəllimlər və məzun tələbələr çıxış ediblər.

 

Bu il Azərbaycan Kooperasiya Universitetini təhsili və ictimai fəallığı ilə fərqlənərək bitirən bir neçə bakalavr və magistr məzunlarına xüsusi fəxri fərmanlar, ilin dekanı, ilin kafedra müdiri, ilin müəllimi mükafatları təqdim olunub.

 

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...