Modern.az

XİN-dən ermənilərin reinteqrasiyası ilə bağlı YENİ AÇIQLAMA

XİN-dən ermənilərin reinteqrasiyası ilə bağlı YENİ AÇIQLAMA

25 İyun 2023, 11:38

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

 

Bu barədə Modern.az-a Azərbaycan XİN-dən məlumat verilib.  

 

Bildirilib ki, erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsindən sui-istifadə edilməsi səyləri qəbuledilməzdir.

 

Həmçinin qeyd olunub ki, Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir və Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesə müdaxiləsinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...