Modern.az

Putin Qətər əmiri ilə "Vaqner" üsyanından DANIŞDI

Putin Qətər əmiri ilə

Dünya

26 İyun 2023, 13:15

Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Təmim Bin Həmid Əs-Sani ilə telefonla danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Əmir Rusiya rəhbərliyinin 24 iyun hadisələri ilə bağlı hərəkətlərini dəstəklədiyini bildirib.

 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi