Modern.az

Ceyhun Bayramov bu gün yenidən Mirzoyanla görüşəcək

Ceyhun Bayramov bu gün yenidən Mirzoyanla görüşəcək

Aktual

28 İyun 2023, 15:43

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında ABŞ-da baş tutan danışıqlar ikitərəfli formatda davam edəcək.

 

Modern.az xəbər verir ki, görüşlərin ikinci raundu çərçivəsində sülh sazişi layihəsi müzakirə ediləcək.

 

Bakı saatı ilə18:00-dan sonra başlayacaq görüş Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq. Danışıqlar iyunun 29-a qədər davam edəcək. 

 

Xatırladaq ki, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...