Modern.az

Tovuzda üç otaqlı EV YANDI

Tovuzda üç otaqlı EV YANDI

Hadisə

2 İyul 2023, 14:22

Tovuzda üç otaqlı ev yanıb.

 

Bu barədə “Modern.az”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Tovuz rayonunun Aşağı Quşcu kəndində ümumi sahəsi 144 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?