Modern.az

İran səfiri erməni nazirlə görüşdü

İran səfiri erməni nazirlə görüşdü

Dünya

3 İyul 2023, 13:40

İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Ermənistanın təhsil, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Fəaliyyət müddəti başa çatmaqda olan səfirin nazirlə görüşü rəsmi şəxslərlə silsilə görüşlərin davamı kimi baş tutub.

 

"İran tərəfi Ermənistanla əməkdaşlıq çərçivəsini genişləndirməyə hazırdır", - diplomat görüş zamanı bildirib.

 

Qeyd edək ki, İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhanidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi