Modern.az

Bingöldə ZƏLZƏLƏ

Bingöldə ZƏLZƏLƏ

Dünya

7 İyul 2023, 09:18

Türkiyənin Bingöl vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Merkez rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 3.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi