Modern.az

Rusiyanın xarici borcu 2006-cı il səviyyəsindədir

Rusiyanın xarici borcu 2006-cı il səviyyəsindədir

İqtisadiyyat

13 İyul 2023, 17:54

Rusiyanın xarici borcu 2006-cı ilin minimumunu yeniləyib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin əvvəlindən Rusiyanın xarici borcu 33 milyard dollar (8,75%) azalıb.

 

İyulun 1-nə bu rəqəm 347,7 milyard dollar təşkil edib ki, bu da 2006-cı ildən bəri ən aşağı göstəricidir.

 

Tənzimləyicinin fikrincə, göstəricinin dinamikası borc alətləri, o cümlədən birbaşa investisiyalar üzrə sektor öhdəliklərinin azalması ilə bağlıdır. Bu proseslər qismən əvəzedici istiqrazların buraxılması mexanizmi ilə də əlaqədardır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu