Avropada Naftalan brendi başqa ölkələrin istehsalı olan məhsul kimi təqdim olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Fazil Mustafa bildirib.
“Azərbaycanın İstisu, Qalaaltı kimi sərvətləri var. Bunu düşünməliyik, öz brendlərimizi xaricə öz adımızla çıxarmalıyıq. Niyə icazə veririk ki, bizim brendləri başqaları öz adları ilə bazara çıxarır? Naftalanda çoxlu sanatoriyalar tikilib, Prezident də bura diqqət ayırıb. Naftalan neftinin əvəzi yoxdur, Əqli Mülkiyyət Agentliyi bu məsələni ciddi araşdırmalıdır”,- deyə o bildirib.